“İnsanların əksəriyyəti dünyanı dəyişə biləcəyimiz real faktları öyrənməkdənsə, random “Netflix” serialları və “TikTok” videoları ilə beyinlərini doldururlar”.


Bunu “Telegram”ın qurucusu və CEO-su Pavel Durov şəxsi kanalında qeyd edib.


Facemark Pavel Durovun rəsmi "Telegram" kanalına istinadən bildirir ki, ağıl bizim üçün ən önəmli vasitədir və o, biz yuxuda olanda belə aktiv şəkildə fikir və ideyalar məhsul edir: “Yeyib içdiyimiz şeylər fiziki gücümüzə təsir etdiyi kimi, qəbul etdiyimiz informasiyaların keyfiyyəti də beynimizə təsir edir. Əgər biz beynimizi real həyatdan götürülmüş keyfiyyətli datalar ilə “doyuzdursaq”, gələcək problemləri həll etmək üçün daha effektiv həllər yarada bilərik”.


Bu sözlərdən sonra o, insanların “Netflix” və “TikTok” izləyərək beyinlərini lazımsız məlumatlarla doldurduğunu bildirib: “İzlədiyimiz videolar ucbatından beynimizin ən dərinliklərində reallıqla fantaziyanı ayırd edə bilmirik. Bununla da rəqəmsal əyləncə bizi mövcud olmayan problemlərə fokuslanıb ağlımızı yormağa məcbur edir”.


“Yaradıcı və məhsuldar olmaq üçün əvvəlcə "tövsiyə alqoritmlərinin" gündəlik olaraq doldurduğu əlaqəsiz məzmunları ağlımızdan təmizləməliyik. Yaradıcı azadlığımızı bərpa etmək istəyiriksə, ilk növbədə, ağlımızı idarə etməliyik”, - Pavel Durov bunu postunun sonunda qeyd edib.


Qeyd edək ki, bu yaxınlarda 8 illiyini qeyd edən messencerin sahibi İsrailin “NSO Group” şirkəti tərəfindən hazırlanmış casus proqramı tərəfindən izlənildiyini bildirmişdi.


Əlaqəli xəbərlər: “Telegram” səkkiz yaşını qeyd edib;


Telegramın qurucusu izlənilən insanlar siyahısındadır;


Telegram-ın rəhbəri Dubay vəliəhdi ilə görüşdü: Nə müzakirə edildi?;


Rusiyanın Mark Zukerberqi Pavel Durov kimdir? – MARAQLI FAKTLAR - VİDEO