Dünyadakı "Telegram" istifadəçiləri messencerdə nasazlıqlarla qarşılaşıb.


Facemark xəbər verir ki, bu barədə məşhur internet resurslarında nasazlıqları və kəsilmələri izləyən "Downdetector" portalı bildirir.


Bakı vaxtı ilə saat 10:03-ə olan məlumata görə, bununla bağlı 215 şikayət qeydə alınıb. Sosial şəbəkə istifadəçilərinin 75%-i əlaqə problemlərindən, 25%-i mesaj göndərmə problemlərindən şikayətçidir.