“Bu günün marketinqi 4” kitabı oktyabrın əvvəlində satışa çıxacaq.


Facemark xəbər verir ki, biznes, rəqəmsal media və marketinqlə bağlı ən son xəbərlərin, köşə yazılarının və müsahibələrinin paylaşıldığı kitabda 68 müəllif, 9 fəsil və 243 yazı mövcuddur.



“Bu günün marketinqi 4” kitabı seriyanın ən bol kontentli kitabıdır. Belə ki, kitab 667 səhifədən ibarətdir.


Kitabın fəsilləri “Biznes və günümüzün reallığı”, “Araşdırma, təhlil”, “Marketinq strategiyası”, “Motivasiya”, “Satış”, “Müştəri məmnuniyyəti”, “Rəqəmsal marketinq”, “Bloqçuluq”, “Müsahibələr” olmaqla 9 hissədən ibarətdir.


Kitabda yer alan məqalələrin müəllifləri Alyona Ustinoviç, Anar Abdullayev, Anar Bayramov, Anar Məmmədov, Anar Nəbi, Aynur Həşim, Aynur Xan, Aysel Cəbrayılova, Azad Qəhrəmanov, Brilyant Abbasova, Cavid Abasov, Cavid Babayev, Cəbrayıl Vəliyev, Elçin Poyliyev, Elnur Mustafayev, Elvin Dadaşsoy, Emin Quluzadə, Əli Daşdəmirov, Famil Alməmmədov, Fəxri Ağayev, Fərid Abdıyev, Fərid Məhərrəmli, Fərrux Rəhimov, Fidan Nəsibli, Filip Tomas, Gülnarə Muxtarova, Gülşən Cəfərli, Günay Cəlilova, Hüseynağa Əliyev, İlkin Manafov, İlkin Mirzəzadə, Kamal Mirzəyev, Kənan Həsənov, Qərənfil Xəlilova, Malik Rəşidov, Murad Niftəlizadə, Namiq Bayramov, Nərmin Babazadə, Nicat Hacıyev, Nigar Qurbanzadə, Numrəddin Hüseynov, Orhan Gültekin, Orxan Kərimov, Orxan Məmmədov, Orxan Salmanov, Rafiq Hunaltay, Ramin Fərəcullayev, Renat Əzməmmədov, Rəşad Nəzərli, Rəşid Ağamalıyev, Sahil Hüseynov, Sakit Səmədov, Seymur M. Quliyev, Səbuhi Rüstəmov, Səfər Aslanov, Sənan Həsənov, Sərxan Sabirli, Şahpur İbrahimov, Şəbnəm Abdullayeva, Tale Məmmədli, Tamerlan İsmayılov, Teymur Məmmədov, Təranə Xudabaxşiyeva, Tərlan Mehmanov, Turanə Qasımova, Ülviyyə Əlizadə, Vaqif Babayev və Vüqar Səmədlidir.


Qeyd edək ki, kitabdan əldə olunan gəlir YAŞAT Fonduna ianə ediləcək.


Xüsusi vurğulamaq lazımdır ki, müəlliflərimiz Facemark.az-da köşə yazılarını paylaşaraq kitabda yer alıblar. Siz də Facemark.az-a köşə yazıları göndərərək növbəti kitabda yer ala bilərsiniz.