bazar günü, 26 sentyabr 2021

"Azerçay" yeni reklam çarxını təqdim edib - VİDEO

304

Azərbaycanın ilk milli çay markası olan “Azerçay” yeni reklam çarxını təqdim edib.

Facemark bildirir ki, ölkəmizin cənub bölgələrində yetişdirilən 100% təbii çaydan hazırlanan “Azerçay” yeni reklam çarxında Vətən Müharibəsinə geniş yer ayırmaqla, doğma torpaqlarımıza növbəti dəfə bağlılığını ifadə edib.

Bundan əlavə, Azərbaycanın çay ənənələrini özündə əks etdirən reklam çarxında, istər şəhər, istər kənd həyatı əks olunub. “Azerçay”ın yaşından, yaşadığı mühitdən asılı olmayaraq hər kəsin ağız dadına uyğunluğu vurğulanıb. Azərbaycanın milli musiqi alətlərindən istifadə olunaraq təqdim olunan çarxda musiqi ilə görüntünün vəhdət təşkil etdiyini, milli ornamentlərin də bu vəhdətə əlavə naxış kimi toxunduğunu görmək mümkündür. Doğma çay “Azerçay”ın illərdir “Qarabağ” FK-ya dəstəyi, futbol klubumuzun Azərbaycanı dünya arenasında layiqincə təmsil etdiyi əks olunub.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik