bazar günü, 26 sentyabr 2021

"BMW" 150 minə yaxın avtomobilini geri çağırır

178

Almaniyanın aparıcı avtomobil istehsalçısı - BMW şirkəti Çin bazarından 142 754 avtomobilini geri çağırır.

Facemark xarici mətbuata istinadən xəbər verir ki, söhbət 7 sentyabr 2011-ci il tarixindən 30 aprel 2016-cı il tarixinə kimi buraxılmış “116i”, “118i”, “120i”, “125i”, “218i”, “220i”, “320i”, “325i”, “328i”, “330i”, “340i”, “420i”, “428i”, “430i”, “435i”, “440i”, “M135i”, “M2”, “M235i”, “M3”, “M4” və “Active Hybrid 3” modellərindən gedir.

Geri çağrılma avtomobillərin yanacaq çənindəki mümkün problemlərlə əlaqələndirilir. Belə ki, çənlərin konstruksiyası və hazırlanma prosesi ilə bağlı çatışmazlıqlar çən tam dolduğu təqdirdə yanacağın axmasına gətirib çıxara bilər. Bu isə təhlükəsizlik üçün təhdid yaradır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik