bazar günü, 26 sentyabr 2021

“WhatsApp” səsli ismarıcları mətnə çevirəcək

281

Dünyanın aparıcı ismarıc mübadiləsi xidməti - “WhatsApp” “iPhone” istifadəçilərinə səsli ismarıcları mətnə çevirmək imkanı verəcək.

Facemark xarici mətbuata istinadən xəbər verir ki, yeni funksiya hələlik proqress mərhələsindədir və yaxın vaxtlardakı yenilənmədə beta-testçilər üçün əlçatan olacaq.

Onu aktivləşdirmək üçün istifadəçi tətbiqə xüsusi icazə verməli olacaq. Mətn onlayn rejimdə deşifrə ediləcək və avtomatik olaraq messencerin şifrələnmiş məlumatlar bazasında yaddaşa düşəcək. Əgər səsli mesaj çox uzundursa istifadəçi mətnə çevirmək istədiyi hissəni özü seçə biləcək.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik