Hər il olduğu kimi, bu il də "Apple" yeni iPhone təqdimatını həyata keçirib.


Facemark xarici mediaya istinadən xəbər verir ki, ən yeni iPhone modelləri ilə bu rəqəmsal tədbirdə yaxından tanış oluruq.


Gəlin yeni modelin xüsusiyyətlərinə nəzər salaq:


  • Bütün seriyalarında olduğu kimi, iPhone 13 də "Apple" A15 Bionic prosessoru ilə təchiz edilib. Bu xüsusiyyət onu ən güclü iPhone modeli etmək üçün kifayətdir. Ötən il 64 GB yaddaşa sahib olan iPhone bu il 128 GB yaddaşla qarşımızdadır. Cihazın saxlama həcminin artması rəqiblərinin işini çətinləşdirəcək.
  • Ekran: 6.1 düym - 1170 x 2532 piksel - 460 PPI - Super Retina XDR OLED;
  • Şüşə qorunması: Ön və arxa seramik qalxan;
  • Digər xüsusiyyətlər: HDR dəstəyi, 2.000.000: 1 kontrast nisbəti, 800 nit maksimum parlaqlıq; 1200 nit maksimum parlaqlıq (HDR), Dolby Vision;
  • Avadanlıq: Prosessor, "Apple" A15 Bionic;
  • Yaddaş - RAM: 128, 256 və 512 GB NVMe, 6 GB RAM;
  • Kamera: Əsas kamera: 12 meqapiksel f/1.6, Dual Pixel, PDAF, OIS, Smart HDR 4;
  • 2 -ci kamera: 12 Megapiksel, f/2.4 Dual Pixel PDAF, 120 °, Sabit video çəkiliş;
  • Arxa kamerada video: 24, 25, 30 və ya 60 kadr sürətində 4K video funksiyası - 25, 30 və ya 60 kadr sürətində 1080p HD video funksiyası - 30 kadr sürətində 720p HD video çəkimi, Kinematoqrafik video stabilizasiyası (4K, 1080p və 720p);
  • Batareya: 20W sürətli şarj, 15W MagSafe sürətli şarj, 7.5W Qi maqnit sürətli şarj;
  • Əməliyyat sistemi: iOS 15;
  • 6.1 düymlük ekrana sahib iPhone 13-ün iki arxa kamerasında 12 meqapiksellik f /1.6 geniş bucaq və 12 meqapiksellik f /2.4 ultra geniş bucaqlı lens var. Bundan əlavə. əvvəlki seriyada gecə rejimini təkmilləşdirən "Apple" yeni "iPhone"larda film çəkilişində istifadə olunan Smart HDR 4 texnologiyasından istifadə edir. Cihazdakı Face ID əlavəsi isə əvvəlki modeldən 20% kiçikdir.
  • Ön tərəfdə 12 meqapiksellik f /2.2 diyaframlı Smart HDR 4 kamera var. Face ID texnologiyasını təqdim edən bu kamera 4K / 60 FPS video da çəkə bilir.