"WhatsApp" şirkətinin Android versiyasında mesajlar üçün taymer parametrləri üzərində işlədiyi bildirilir.


Facemark xarici mediaya istinadən xəbər verir ki, "Facebook"a məxsus mesajlaşma tətbiqi hazırda yoxa çıxan mesajlar üzərində işləyir. Bu yeniləmənin Android 2.21.19.7 beta versiyasında göründüyü bildirilir. Şirkət bütün Android və iOS istifadəçiləri üçün taymer funksiyasını nə vaxt aktivləşdirəcəyi ilə bağlı məlumat verməyib.


Sosial mediada paylaşılan məlumata görə, yoxa çıxan mesaj taymeri tətbiqin məxfilik funksiyasında - "İtən mesajlar" bölməsində mövcud olacaq. İstifadəçilər burada yoxa çıxan mesajlar üçün vaxt məhdudiyyəti təyin edə bilərlər. Zaman məhdudiyyəti seçimlərinə 90 gün, 7 gün və 24 saat daxildir. Bundan əlavə, istifadəçilər müvəqqəti mesajlar xüsusiyyətindən istifadə etmək istəmirlərsə, bu səhifədə "Off" seçimi də mövcud olacaq. İstifadəçilər taymeri aktivləşdirdikdən sonra messencer çatları seçilmiş vaxtdan sonra avtomatik olaraq siləcək.


Yenilik istifadəçilərə əvvəlcədən təyin edilmiş yeddi günlük müddətdən sonra seçilmiş fərdi və qrup çatlarından mesajları silməyə imkan verir. Yeni funksiya mövcud 'İtən mesajlar' xüsusiyyətinin davamı olaraq təqdim olunur.


Qeyd edək ki, "WhatsApp" iOS istifadəçiləri üçün səsli mesaj xüsusiyyəti üzərində testlər aparır. Yaxınlarda bu yeni funksiya həm Android, həm də iPhone istifadəçiləri üçün əlçatan olacaq.


Ətraflı: “WhatsApp” səsli ismarıcları mətnə çevirəcək