Beta test prosesi davam edən iOS 15 bütün istifadəçilərlə görüşə hazırlaşır.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, "İPhone 13" seriyasının təqdim olunduğu California Streaming tədbirindən sonra edilən açıqlamaya görə, iOS 15 və iPadOS 15 yeniləmələrinin buraxılış tarixi 20 sentyabr olaraq bildirilib.


Qeyd edək ki, iOS 14 ilə işləyən bütün iPhone və iPod Touch modelləri iOS 15 yeniləməsini dəstəkləyəcək.


Eyni zamanda yağış, hava durumu və temperaturu göstərən və hava xəritələrini görməyə imkan verən yeni hava proqramı test mərhələsindədir. Bu yeni funksiya məkan üçün ən vacib hava məlumatlarını göstərəcək.