bazar ertəsi, 18 oktyabr 2021

Bakıda daha bir beynəlxalq tədbir keçiriləcək

262

Sentyabrın 24-də Bakıda “Post COVID -19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Facemark "Report"a istinadən xəbər verir ki, tədbir Heydər Əliyev Mərkəzi, Kənd Təsərrüfatı və Təhsil Nazirliklərinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi, "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Futuroloqlar Cəmiyyətinin - Minillik Layihəsinin Azərbaycandakı bölməsi və "Bakı Media Mərkəzi" MMC-nin tərəfdaşlığı ilə baş tutacaq və “Nizami Gəncəvi İlinə həsr olunacaq.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq təşkil ediləcək tədbirdə dünyanın 20-dən çox ölkəsindən beynəlxalq və yerli ekspertlər həm də onlayn formatda təmsil olunacaq.

Beynəlxalq konfrans rəqəmsal transformasiyanın təhsil, aqrar sahəsi, kommunikasıya və texnologiyalara, əmək bazarına təsiri mövzularını əhatə edəcək.

Eyni zamanda, konfansda “Sənaye 4.0 və yeni təhsil texnologiyaları”, “Bilik idarəçiliyi”, “Rəqəmsal kənd təsərrüfatı”, “İqtisadiyyatın rəqəmsallaşması”, “Süni intellekt və etika”, “Rəqəmsal dövr: İqtisadiyyat və təhsil sisteminə təsir” və “Rəqəmsal dövrdə yeni peşələr” kimi mövzular 4 panel üzrə müzakirə ediləcək.

Konfransın işinə UNİCEF, UNESCO, Dünya İqtisadi Forumunun və digər beynəlxalq təşkilatların nümayəndələrinin qoşulacağı da gözlənilir.




"Report"a

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik