Çin Prezidenti Si Tszinpinin "ümumi rifah" çağırışından və texnologiya şirkətlərinin qazanclarını tənzimləməsindən sonra ən çox zərər ölkənin texnologiya şirkətlərinə dəyib.


Facemark xarici mənbəyə istinadən xəbər verir ki, bu il ən çox zərərə uğrayan şirkətlər siyahında ilk 10 şirkətdən6-sı Çinə,2-si Fransaya, digərləri isə Cənubi Koreyaya və Böyük Britaniyaya məxsus olub. Siyahıya isə Çinin ən böyük kənd təsərrüfatı platforması “Pinduoduo”nun qurucusu Colin Huang başçılıq edib. O, hesabat dövründə 27,4 milyard ABŞ dolları itirib. Növbəti pillələrdə isə Çinli milyarder Çjun Şanşan (18 milyard ABŞ dolları), Cənubi Koreyalı milyarder Cey Li (16,9 milyard ABŞ dolları) qərarlaşıb.


Qeyd edək ki, siyahıda ilk 10-da qərarlaşan Çin şirkətlərinin ümumi zərəri 96 milyard ABŞdolları təşkil edib.


Çin zənginlərin iqtisadi artımdan aldığı payın azaldılması və məlumat təhlükəsizliyini təmin etmək üçün texnologiya şirkətlərinə müxtəlif müdaxilələr edib. Bir çox şirkətin fəaliyyətinə müdaxilə edilərkən, “Alibaba” və “Tencent” kimi şirkətlər yüksək miqdarda cərimələnmişdilər.