bazar ertəsi, 18 oktyabr 2021

Dünyanın ən güclü pasportları - YENİLƏNMİŞ SİYAHI

302

“Henley” Pasport İndeksinə əsasən, dünyanın ən güclü pasportları siyahısı dəyişib. Facemark bildirir ki, Azərbaycan bu siyahıda 74-cüdür. Azərbaycan vətəndaşları 63 ölkəyə vizasız səyahət etmək imkanına sahibdir. Qardaş Türkiyə pasportu isə 111 ölkəyə vizasız getmək imkanına sahib olduğu üçün bu sırada 56-cı yerdədir.

Son siyahıya görə 193 ölkəyə vizasız səyahət etmək imkanı verən Yaponiya pasportu dünyanın ən güclü pasportudur.

  • Uzaq Şərq ölkəsi olan Sinqapur vətəndaşları 192 ölkəyə,
  • Almaniya və Cənubi Koreya pasportu olan insanlar isə 191 ölkəyə vizasız səyahət edə bilərlər.
  • Finlandiya, İtaliya, Lüksemburq və İspaniya pasportu olan insanlar 190 ölkəyə vizasız gedə bilərlər.
  • Avstriya və Danimarka pasportuna sahib olan insanlar 189 ölkəyə,
  • Fransa, İrlandiya, Hollandiya, Portuqaliya və İsveç vətəndaşları 188 ölkəyə,
  • Belçika, Yeni Zelandiya, İsveçrə, Böyük Britaniya və ABŞ vətəndaşları isə 187 ölkəyə vizasız daxil ola bilərlər.
  • Çexiya, Yunanıstan, Malta və Norveç vətəndaşları 186 ölkəyə,
  • Avstraliya və Kanada vətəndaşları 185,
  • Macarlar 184 ölkəyə vizasız daxil ola bilərlər.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik