bazar ertəsi, 18 oktyabr 2021

"Snapchat" istifadəçilərinə işarə dilini öyrədəcək

279

Snapchat yeni xüsusiyyətlər təqdim etməyə davam edir. Filtrləri və effektləri ilə məşhurlaşan şirkət gənc istifadəçiləri cəlb etmək üçün daha çox çalışır.

Facemark xarici mənbəyə istinadən xəbər verir ki, bu yeni xüsusiyyət daha çox eşitmə qüsurlu insanlar üçün faydalı olacaq. Bu dilin az insan tərəfindən tanınmasını dəyişdirməyi planayan "Snapchat" SignAll -ın işarə dilini tanıyan süni intellekt texnologiyasından istifadə etmək qərarına gəlib. Belə ki, barmaqlarınızla hərflər yaradarkən linzalardan biri bunu oxuyaraq sizin üçün hecalayacaq.

Mövzu ilə əlaqəli açıqlama verən "Snapchat" mühəndisi Jennica Pounds qeyd edib ki, “Bu layihəni hazırlayarkən ən böyük motivasiyam işarə dili öyrənməkdə çətinlik çəkən oğlum idi. İnanıram ki, layihə mənim kimi ailələrin bir araya gəlməsinə və birlikdə böyüməsinə kömək edəcək ”. - deyə bildirib.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik