bazar ertəsi, 18 oktyabr 2021

IKEA və Swedish House Mafia-dan yeni əməkdaşlıq - VİDEO

246

Dünyaca məşhur mebel mağazalar şəbəkəsi “IKEA” yeni kolleksiyası üçün Swedish House Mafia musiqi qrupu ilə əməkdaşlıq edəcək.

Facemark xarici mediaya istinadən bildirir ki, yeni kolleksiya 2022-ci ilin sentyabrında satışa çıxarılacaq. Kolleksiyanın əsas xüsusiyyəti ev-studiya qurmaq istəyən musiqiçilər üçün mebellər təqdim etməsidir.

“IKEA”nın İsveç nümayəndəliyində məhsul dizaynı departamentinin rəhbəri Ceyms Fetçer bildirir ki, qrupla işləmək musiqi istehsalını daha əlçatan edir: “Bu kolleksiya musiqiçilərə əlverişli qiymətə mükəmməl ev studiyası qurmaq imkanı verəcək”.

Swedish House Mafia qrupunun üzvləri Stiv Anqello, Sebastian Inqrosso və Aksvell bildirib ki, yeni şeylər sınamaq üçün komfort zonadan çıxmaq lazımdır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik