bazar ertəsi, 18 oktyabr 2021

Günəş və külək elektrik stansiyaları layihələrinin Azərbaycanda icrası müzakirə olunub

200

Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzruinin dəvəti ilə cari ilin 21-23 sentyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən və 300-dən çox yüksək vəzifəli şəxsin, o cümlədən siyasətçilər, iş adamları və ekspertlərin iştirak etdiyi “Gastech 2021” sərgi və konfransında iştirak edib.

Facemark "Trend"ə istinadən xəbər verir ki, Nazir Pərviz Şahbazov enerji keçidi prosesi ilə əlaqəli ölkəmizdə həyata keçirilən tədbirlər, bərpa olunan enerji sahəsində reallaşdırılan layihələr və perspektivlərdən də bəhs edib: “Ənənəvi enerji resurslarının ixracatçısı olan Azərbaycanın 2030-cu ilə qədər hədəfi elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerjinin payını 30%-ə çatdırmaqdır.

Nazir "Masdar" şirkəti ilə günəş elektrik stansiyasının inşası üzrə layihənin həyata keçirilməsini Azərbaycanda işgüzar mühitə olan inamın göstəricisi kimi qiymətləndirib. BƏƏ-nin dayanıqlı və müasir enerji sahəsi üzrə ixtisaslaşmiş digər şirkətlərinin də bu ənənəni izləyərək Azərbaycanda müvafiq sahələrə investisiya yatıracaqlarına ümid etdiyini bildirib.

Qeyd edək ki, “Gastech” sərgisində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti də böyük stendlə təmsil olunub.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik