"Microsoft" yeni uğura imza atıb, belə ki, şirkət kablosuz maus istehsal edib.


Facemark xarici mənbəyə istinadən xəbər verir ki, istehsal olunan maus okeanlara atılan tullantılardan və plastik materiallardan hazırlanıb.


Bundan əlavə ağacdan və şəkər qamışı lifindən hazırlanan maus qutusunda plastik materialın olmaması diqqət çəkir.



Bluetooth 4.0 bağlantı dəstəyi olan cihazın üzərində üç fərqli düymə var. Cihaz tək AA batareyada 12 aya qədər işləmə müddəti vəd edir. Oktyabrın 5 -də Windows 11 ilə eyni gündə təqdim olunacaq mausun qiymətinin 25 dollar olacağı bildirilir.