bazar ertəsi, 18 oktyabr 2021

Önümüzdəki 37 il ərzində gözlənilən texnoloji hadisələr

229

Texnologiyanın sürətli inkişafı bəzi hadisələin yaşanacağını qaçılmaz edir.

Facemark xarici mənbəyə istinadən həmin hadisələri təqdim edir:

Göz kontaktı

Üz tanıma texnologiyaları cibimizdəki telefonların əhəmiyyətli bir parçasıdır. Artıq gözümüz və üzümüzlə bizi tanıyan cihazlar barmaq izi texnologiyasını keçmişdə qoyub.

Robotlar

Zamanla proqramlaşdırıla bilən mikrobotlar bədəninizə dərmanlar vasitəsilə daxil olaraq yaralanmalarınızı sağaltmaq və sinir xəstəliklərinin mənbələrini tapmaq üçün istifadə ediləcək.

Ağıllı geyimlər

Ölçüsü və rəngi dəyişə bilən geyimlər elektron sxemlərə malik parçalar sayəsində istehsal olunacaq. Bu geyimlər həm də hava şəraitinə görə soyuq və ya isti saxlamaq funksiyasına malik olacaq.

Daha asan internet

Yer kürəsini əhatə edəcək və yaxın orbitdə yerləşdiriləcək mini peyklər planetimizi bir-birinə simsiz olaraq bağlayacaq. Zaman keçdikcə internet daha ucuz, daha sürətli və daha əlçatan olacaq.

Geniş əhatəli komputer ekranları

Elmi-fantastik filmlərdə gördüyümüz insanları əhatə edən ekranları olan komputerlər istehlakçı elektronikasında yer almağa başlayacaq. Üzünüzdə sensor olmadan bədən hərəkətlərinizlə qarşılıqlı əlaqə qura biləcəyiniz bu ekranlarda yeni bir dünyanın qapılarını açacağıq.


Genetik kodlama

İcrası uzun illər çəksə də eynilə DNT kimi kodlaşdırıla bilən DNT ölçülü prosessorları olan superkompüterləri gələcək zamanda görəcəyik.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik