bazar ertəsi, 18 oktyabr 2021

Hindistanlı tələbə Azərbaycanda keçdiyi təcrübədən danışıb

372

Hindistanlı tələbə Kanişka Madhani Azərbaycanın texnologiya şirkəti "Deirvlon Technologies MMC"də keçdiyi təcrübə proqramından danışıb.

Facemark xəbər verir ki, 3 aylıq “New Vision” təcrübə proqramı texnologiya sahəsi üzrə mütəxəssisləri ilə birgə işləmək şansı, real biznes mühitində praktika imkanı verməklə bərabər, şəxsi inkişaf və karyera quruculuğuna dəstək olacaq müxtəlif təcrübə və biliklərə sahib olmağı təklif edir.

Marketinq sahəsi üzrə təcrübə keçən Kanişka Madhani onlayn şəkildə peşə üzrə biliklərə yiyələnə bilib.

Xarici şirkətlərdə təcrübə keçməyin arzusu olduğu bildirən Kanişka eyni zamanda qeyd edib ki, "Deirvlon Technologies" şirkəti nəinki marketinq bacarıqlarını inkişaf etdirməkdə, həm də yaşıdları ilə düzgün kommunikasiya qurmaqda effektiv rol oynayıb, ona yeni şeylər öyrədib: ""Deirvlon"dakı iş mühiti çox pozitivdir, insanlar çox mehribandırlar. O qədər mehribandırlar ki, təcrübədə olduğum müddətdə özümü heç yad hiss etmədim".

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik