bazar ertəsi, 18 oktyabr 2021

Fərid Qayıbov İstanbulda "Teknofest"ə qatılıb - FOTOLAR

248

Gənclər və idman naziri Fərid Qayıbov Türkiyənin İstanbul şəhərində təşkil olunan Teknofest - Aviasiya, Kosmos və Texnologiya Festivalını ziyarət edib.

Facemark "Report"a istinadən bildirir ki, F.Qayıbov Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi pilotsuz uçuş aparatları, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Türkiyə Gənclər və İdman Nazirliyinin pavilyonları, eləcə də Azərbaycan Texniki Universiteti və Bakı Anadolu Liseyinin komandalarının hazırladığı startap layihələrlə tanış olub, Türkiyə Gənclik Mərkəzlərinin fəaliyyəti ilə maraqlanıb.

Nazir həmçinin "Bayraktar TB2", “Akıncı” və digər hərbi təyyarələrin nümayişini izləyib.

Qeyd edək ki, sayca dördüncü ildir keçirilən beynəlxalq tədbirin əsas məqsədi gənclər arasında aviasiya, kosmik və texnoloji bacarıqları ortaya çıxarmaq, yeni ideya və təşəbbüsləri dəstəkləməkdir. Bu il 34 kateqoriya üzrə, 44 912 komanda tərkibində 200 000 insan iştirak edir və dünyanın ən böyük texnologiya festivalıdır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik