“Twitter”ın yeni funksiyası vasitəsilə istifadəçilər bir-birlərinə pul göndərə biləcəklər.


Facemark xarici mənbəyə istinadən xəbər verir ki, şirkət, "Cash App", "Patreon", "Venmo" və insanların sizi dəstəkləyə biləcəyi digər platformalara keçid etməyin mümkündür. İnsanlara pul göndərmək üçün onların profillərinə keçmək və izləmə düyməsinin yanındakı düyməyə klikləmək kifayətdir. Orada hansı platformaya pul göndərmək istədiyinizi seçə bilərsiniz.


İndiyə qədər mövcud olan xidmətlər bunlardır:


  • Bandcamp
  • Cash App
  • Chipper
  • Patreon
  • Razorpay
  • Wealthsimple Cash
  • Venmo

Qeyd edək ki, yeni funksiya hazırda yalnız iOS istifadəçiləri üçün aktivdir və yaxın günlərdə Android smartfonlar üçün də istifadəyə veriləcəyi bildirilir.


"Twitter" "GoFundMe" və Braziliyanın mobil ödəniş platforması olan "PicPay"i də yeni xidmətləri olaraq əlavə edib. İstifadə etmək istədiyiniz tətbiqə toxunduqdan sonra pul göndərmək üçün "Twitter"dən seçilmiş xidmətə keçəcəksiniz.