"TikTok" aylıq 1 milyard istifadəçini keçdiyini bildirib.


Facemark xarici mediaya istinadən bildirir ki, "ByteDance"in məlumata görə şirkət 2020-ci il gəlirini əvvəlki illə müqayisədə iki dəfədən çox artaraq 34,3 milyard dollara çatdırıb. İstifadəyə verildiyi gündən bu günə qədər "TikTok" quraşdırmalarının 3,2 milyarda çatdığını bildirir ki, bu da tətbiqin Çin versiyası "Douyin"nin məlumatlarını ehtiva edir. "TikTok"un aylıq ortalama istifadəçiləri 2020-ci ilin Avqust ayına nisbətən yüzdə 25 artıb.


Qeyd edək ki, proqram pandemiya dövründə daha da məşhurlaşaraq 2020-ci ilin birinci yarısında dünyanın ən çox yüklənən tətbiqi olmağı bacarıb. "TikTok"un böyük uğurunu təkrarlamaq istəyən digər tətbiqlər özləri üçün qısa formalı video məhsulları yaradıb. "Instagram" keçən ilin avqustunda Reels-i istifadəyə verib.