Amazon "Astro" adlı ağıllı ev robotunu təqdim edib.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, digər robotlardan fərqli olaraq, "Astro" istifadəçilərə ev işlərində kömək etmək məqsədi daşıyır. Ağıllı robota göndərdiyiniz təlimatlarla o, müxtəlif tapşırıqları yerinə yetirir. Böyük təkər üzərində yerləşdirilmiş bir ekran vasitəsilə idarə olunan "Astro" gözlərini istifadə edərək istifadəçi ilə əlaqə qura bilir. Verəcəyiniz səs əmrlərinə uyğun olaraq müxtəlif bədən hərəkətləri nümayiş etdirməklə yanaşı, əyləncəli fəaliyyətlər də bacarır.


Qeyd edək ki, robot insan gücünə ehtiyac olmadan otaqlara keçir və qarşısındakı maneəni aşkar edərək onları aşa bilir. Həmçinin kamera və mikrofonları da tamamilə deaktiv etmək mümkündür.