"Skype" istifadəçilərinə yenilənmiş söhbətlər, yeni mövzular və xüsusi rənglər təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, dünyanın ən gözəl görüntülü söhbət panelini hazırladıqlarını iddia edən şirkət "Skype" fəaliyyətinin masaüstündə 30%, Android-də isə 2000% artdığını bildirib.


Zəng zamanı kameralarını açmaq istəməyən istifadəçilərin pəncərələrində boz bir fon əvəzinə istifadəçinin profil şəkli yer ala biləcək.


Qeyd edək ki, "Skype" hesabı olmadan belə istifadəçilərin zəng etmələrinə imkan verən "İndi tanış ol" funksiyası ilə zəng edən şəxsin adı və şəkli dəvət edilən istifadəçilərə göndəriləcək.