Oyun dünyasında ilin ən yaxşılarının seçiləcəyi "The Game Awards 2021"in tarixi rəsmi olaraq açıqlanıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, təşkilatın yaradıcısı və aparıcısı Geoff Keighley rəsmi Twitter hesabında “The Game Awards 2021”in 9 dekabr 2021-ci ildə keçiriləcəyini bildirib.


Onun sözlərinə görə “The Game Awards 2021" pandemiya məhdudiyyətləri aradan qalxdıqca yenidən əvvəlki qaydada keçiriləcək. 9 dekabr 2021-ci ildə keçiriləcək tədbir Los-Anceles şəhərində yerləşən "Microsoft Theater"da baş tutacaq.