Pandemiya zamanı mobil tətbiqlərə və oyunlara maraq daha da çoxaldı. Bu səbəbdən bəzi proqramların digər illərə nisbətən gəlirləri artıb.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, keçən il olduğu kimi bu il də "TikTok" bu ilin üçüncü rübündə ən çox gəlir əldə edən mobil tətbiqdir. Onun ardı ilə "Piccoma" və "YouTube" ilk sıralardadır.




Platformaya baxanda görürük ki, "App Store" 21,5 milyard dollarla birinci, "Play Store" isə 12,1 milyard dollar ilə ikinci yerdədir. Bu o deməkdir ki, "iOS" istifadəçiləri mobil tətbiqetmələrə və oyunlara daha çox pul xərcləyirlər.