ABŞ-da təcili olaraq 1 trilyon dollar dəyərində platin sikkə buraxılaraq Federal Ehtiyat Sisteminə (FED) verilə bilər.


Facemark "Report"a istinadən xəbər verir ki, bu məsələ ABŞ Konqresində borc limiti ilə bağlı gedən müzakirələr fonunda gündəmə gəlib.


Platin sikkədən fövqəladə vəziyyətdə istifadə edilməsi təklif olunub.


Bununla belə, ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, o, bu məsələnin əleyhinədir: "Bunu ciddiyə almalı olduğumuzu düşünmürəm. Sikkə ideyası bir hiylədir”.