İqtisadiyyat üzrə Nobel mükafatı David Card, Joshua Angrist və Guido Imbensə veriləcək.


Facemark xarici mənbəyə istinadən xəbər verir ki, 2021-ci il iqtisadi elmlər mükafatına layiq görülən David Card minimum əmək haqqı, immiqrasiya və təhsilin əmək bazarına təsirini təhlil edib. Angrist və Imbens aparılan tədqiqatlarda səbəb və nəticə üzərində etdikləri araşdırmaya görə mükafatı paylaşırlar.


Keçən il bu mükafat Stanford Universitetinin iqtisadçıları Paul Milgrom və Robert Wilsona verilmişdi.