cümə axşamı, 9 dekabr 2021

“Apple” şirkəti tibbi cihaz olan qulaqlıq yaradacaq

303

“Apple” şirkəti “AirPods” adlı simsiz qulaqlıqları həm də tibbi cihaza çevirməyi nəzərdə tutur.

Facemark “Report”a istinadən xəbər verir ki, yeni qulaqlıqlar bədən hərarətini ölçən, habelə qamətin düz olmadığını bildirən sensorlarla da təchiz olunacaq.

Bununla yanaşı, yeni “AirPods”ların eşitmə qabiliyyətinin yüngül və orta qüsurlu olan şəxslərin köməyinə çatacağı gözlənilir.

Qeyd edək ki, “AirPods” qulaqlıqlarının son versiyası “Conversation Boost” funksiyası sayəsində müsahibin səsini artırmaqla kənar səsləri batırır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik