cümə axşamı, 9 dekabr 2021

Azərbaycanda e-ticarətin inkişafı üçün yeni imkanlar yaradılacaq

322

Azərbaycanda elektron ticarətin (e-ticarət) inkişafı üçün bu ilin sonunadək yeni imkanlar yaradılacaq.

FacemarkAPA-Economics”a istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və rəqəmsal inkişaf şöbəsinin rəhbəri Rəşad Əzizov deyib.

Onun sözlərinə görə, bu imkanlar e-kommersiya və elektron logistika vasitəsilə ixrac prosedurlarını sadələşdirməyə, sərhəd gecikmələrini azaltmağa, əməliyyatların şəffaflığını və təhlükəsizliyini artırmağa, saxtakarlıqdan qaynaqlanan inzibati xərcləri və itkiləri azaltmağa, həmçinin rəqəmsal iqtisadiyyatda daha təkmil rəqabətliliyin təmin edilməsinə zəmin yaradacaq.

Qeyd edək ki, Aİ hazırda elektron ticarət üçün yeni qaydaları (e-ticarətdə ƏDV paketləri - 2021) təqdim etməkdədir. Pilot layihənin məqsədi həmçinin Şərq Tərəfdaşlığı ölkələrində e-kommersiya iştirakçılarını bu yeni qaydalara və gələcəkdəki paralel dəyişikliklərə hazırlamaqdan ibarətdir.

“Artıq Aİ-də elektron kommersiya üzrə ƏDV paketinin tətbiqinə başlanılıb. Yeni qaydalar Aİ ölkələri ilə ticarətə təsir edir. Bu kimi layihələrin icrası Şərq Tərəfdaşlığı ölkələrində yeni sərhədlərarası qaydaların, həmçinin e-kommersiya standartlarının tətbiqinə imkan yaradacaq. Beləliklə, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında sərhədlərarası ticarət artacaq”, - deyə R. Əzizov əlavə edib.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik