cümə axşamı, 9 dekabr 2021

Tərəvəzli kommunikasiya hekayələri


Səfər Aslanov


400

Məişətimizin ayrılmaz tərkib hissəsi hesab etdiyimiz qidaların tarixçəsi bəzən bizi maraqlı hekayələr öyrənməyimizə və bu gün kütləvi formada məşurlaşan yeni vərdişlərimizin dəstəklənməsinin səbəbləri barədə düşünməyə vadar edir. Haqqında danışacağım hər iki keyslərdən müxtəlif maraqlı dərslər çıxarıla bilər. Kommunikasiyanın qurulma şəkli, benefisiarların müəyyən edilməsi və hədəf kütlənin diqqətli analizi, ismarıc mənbəyinin etibarlılığı, ismarıcın verildiyi mühitin ictimai-siyasi koyukturası və təbii ki, kommunikasiya hədəflərinin aydın müəyyən edilməsi baxımından hər bir keysin ətrafında ayrıca düşünülməsi və müvafiq dərslərin çıxarılması lazımdır.

Məişətimizin ayrılmaz hissəsi olan kartof (Solanum tuberosum) əkinlərinin 40%-ə qədəri Avropa ölkələrinin və əsasən də Fransanın ərazini əhatə edir. Bitkinin Köhnə Dünya ilə tanışlığı 16-cı əsrə təsdüf edir. Bu yazının mövzusu da məhz bundan sonra başlayır.

Tarixi faktlar göstərir ki, 1748-ci ildə Fransa parlamenti kartofun əkilməsini və becərilməsini qadağan etmişdir. Onlar bu “donuz yemi”nin cüzəm xəstəliyinə səbəb olduğunu düşünürdülər. Hətta Prusiyalılar hərbi əsirlər kartofdan hazırlanmış qidalar verirdilər. Həmin hərbi əsirlər içərisində hərbi farmaseft Antoine-Augustin Parmentier var idi. Əsirlikdən qayıtdıqdan sonra nə cüzəm nə də başqa bir xəstəliyinin olmaması onu bu mövzunu aktuallaşdırmağa vadar etdi. Parisdə aparılan uzun araşdırmalardan sonra kartofun dizenteriyadan əziyyət çəkən insanların müalicəsində müsbət rola sahib olması faktı ilə kartof üçün yeni bir tarixi dövr başlamış oldu.

1781-ci ildə Fransa Kralı XVİ Luis tərəfindən kartofun məşurlaşdırılması planı təstiqləndi və vaxt itirmədən icrasına başlanılır. İlkin plana əsasən aşpazlar arasında kartofdan müxtəlif təamların hazırlanması ilə bağlı yarış keçirilməyə başlanıldı. Kralın müxtəlif vilayətlərdən olan zadəgan təbəələrinin iştirakı ilə kartof tərkibli yeməklərin çoxluğu ilə ziyafətlər keçirilməyə başlanıldı. Paralel olaraq krala məxsus xüsusi əkin sahələri yaradıldı. Bu ərazidə yalnız kral mətbəxi üçün nəzərdə tutulan xüsusi və faydalı birkinin əkildiyi xəbəri yayımlandı. Yozlaşmış hərbi qulluqçulara isə həmin ərazilərin mühafizəsi həvalə edildi. Bəzi mənbəələrdə məhsul yığımına yaxın dövrlərdə onların maaşlarının gecikdirildiyi və hətta məntiqsiz səbəblərdən azaldııldığı da deyilir. Bəzi mənbəələrdə isə mühafizəçilərə oğrulardan rüşvət götürmələri əmr edildiyi də deyilir. Bu addımların nəticəsində 1785-ci ildə kartof aclıq problemin həllində kifayət qədər əhəmiyyətli rol oynamağa başladı. Ancaq əhalinin ciddi bir qismi hələ də tərəddüdlü idi. Hətta Fransa inqilabından az əvvəl yayınlanmış kartofla bağlı əmr belə kartofa geniş marağı yetərincə oyada bilmədi. Yalnız 1794-cü ildə yayımlanan yemək kitabında “inqilabçıların qidası” adı verildikdən sonra kartof aktiv sürətlə fransızların məişətində istifadə edilməyə başlamışdır.

Üsyanlar və çaxnaşmalar kartofun Avropadakı tarixində əhəmiyyətli hissələridir. Bir çox ölkələrdə “kartof üsyanları” da baş vermişdir. Əgər bunların bir qismi bitkinin becərilməsi zamanı kökünün yox çiçəyinin yeyilməsindən irəli gələn kütləvi zəhərlənmələr idisə bir qismində onun “cəhənnəm neməti” irəli sürülən xurafatçılıqla bağlı olmasıdır. Ətbətdə aclıq və ehtiyaclar, xüsusilə müharibə ilə dolu 17-ci və 18-ci əsrlər bitkinin insanların taleyində əhəmiyyətli dərəcədə rol oynaması ilə nəticələnmiş və insan qidasının əhəmiyyətli hissəsinə çevirmişdir.

Yer kökünün Avropa və xüsusilə Rusiyada populyarlaşması isə nisbətən maraqlı və eyni dərəcədə gülməlidir. 1940-cı il 2-сi Dünya müharibəsi zamanı Faşist Almaniyası aramsız şəkildə Böyük Britaniya ərazisini təyyarələr vasitəsilə bormbardman etməkdədir. Müxtəlif yaşayış məntəqələri və hərbi-strateji obyektlərin hədəf alınmasının səbəbi Böyük Britaniyanın müharibədən geri çəkilməsini təmin etməkdir. Lakin gündüz hücumlarının faydalı iş əmsalı çox aşağıdır. İngilislər alman təyyarələrinin hücümlarını dəf etməyi bacarırlar. Buna qarşılıq olaraq Almanlar gecə hücumlarını həyata keçirməyi qərarlaşdırırlar.

Lakin bu dəfə Alman təyyarələri sahilə yaxınlaşacan İngilis qırıcı təyyarələri onların qarşısını alır və quru ərazinin mühafizəsini təmin etmiş olurlar. Kəşfiyyat məlumatları isə bunun səbəbinin İngilis pilotlarının qida rasionunda aktiv formada Yer kökü ilə qidalandıqları olduğunu bildirir. Hərbi Hava qüvvələrinin bazalarına tonlarla yük maşınları yer kökü təmin edirdi. Bundan əlavə əhali arasında yer kökünün hərbiçilərin gecə görmə qabiliyyətini gücləndirməsi ilə əlaqədar olaraq təminatın gücləndirilməsi üçün çoxlu yer əkilməsi ilə bağlı müxtəlif məlumat broşurları və posterlər paylanılırdı. Mətbuat İngilis vətəndaşlarına kökün sayəsində pilotların gecə müdafiəsinin uğurlarından yazılar dərc edirdi. Böyük Britaniya yer kökü ləkləri əkib, yer kökü becərirdi. Almanlar da qonşudan geri qalmamaq qərarına gəldirlər. Lakin gözlənilən nəticə əldə oluna bilmirdi. Daha sonralar Sovet Rusiyası da 50-cı illərə qədər bu mövzunu əsas götürərək pilotların əsas qida rasionun tərkib hissəsi olaraq yer kökünün təmin edilməsi ilə bağlı kütləvi tədbirlər görməkdə idi.

Əslində isə İngilislər hiylə işlədərək Almanların diqqətini ilk dəfə onlar tərəfindən təyyarələrə quraşdırıllan RLS sistemlərinin gizlədilməsi məqsədilə etmişdilər. Əslində pilotlar yer kökünü yedikləri üçün deyil sadəcə təyyarədə quraşdırılan RLS avadanlıqlarından istifadə etdikləri üçün almanların gecə hücumları dəf edə bilmişdilər.

Səfər Aslanov

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik