İnstaqramın müstəqil mesajlaşma proqramı olan "Threads" artıq aktiv olmayacaq.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, 2019-cu ildə istifadəyə verilən "Threads" sosial media platformasının digər mesajlaşma proqramı olan directi əvəz etmişdi. Direct yalnız istifadəçilərə bir-biri ilə əlaqə saxlamağa imkan versə də, "Threads" isə daha çox sosial paylaşım yönümlü bir vasitə idi.


İnstaqramın "Threads" tətbiqini bağlayacağı ilə bağlı söz-söhbətlər təxminən bir həftədir sosial şəbəkələrdə gəzir. İddianı ilk olaraq mobil proqram tərtibatçısı Alessandro Paluzzi irəli sürüb. Noyabrın 10-da "Twitter" hesabında paylaşım edən Paluzzi, "Threads" tətbiqində görünən xəbərdarlıq mesajını izləyicilərinə çatdırıb.


Qeyd edək ki, "Sensor Tower" araşdırma şirkətinin hesablamalarına görə, "Threads" tətbiqi "App Store" və "Google Play Store"da təxminən 13,4 milyon yüklənib.