Öz yayım platformasını qurduqdan sonra daha yaxşı qərarlar verən "Disney" daha çox izləyiciyə çatmaq üçün yeni addımlar atacaq.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, şirkət buna ötən ildən daha çox vəsait xərcləməklə nail olmaq istəyir. İdmandan komikslərə, filmlərdən seriallara qədər demək olar ki, hər kateqoriyada markası olan şirkət, atacağı addımlar üçün büdcəsini də hazırlayıb.


Keçən il 25 milyard dollar xərcləyən "Disney" bu il bu rəqəmi 8 milyard dollar artıraraq rekord səviyyəyə çatdırıb.


"Disney" 2022-ci ildə 50 film, 60 ssenarisiz serial, 25 dram serialı, 15 sənədli serial, 10 cizgi serialı və 5 televiziya filmi çəkməyi planlaşdırır. Ümumilikdə 100-ü keçən məzmun sayı, 2021-ci ilə nisbətən daha çox maraq oyandırır.