Alış-veriş həvəskarlarının səbirsizliklə gözlədiyi "Black Friday"sona çatdı.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, Adobe Analytics tərəfindən dərc edilən alış-veriş hesabatına görə, bu il "Black Friday" günü onlayn satışlar bir qədər azalıb. Digər tərəfdən xərclərin əvvəlki ilə nisbətən ilk dəfə azaldığı da aşkarlanıb.


Bu il onlayn alış-veriş edənlərin ümumilikdə 8,9 milyard dollar xərclədiyi bildirilir. Açıqlanan nəticələr 2020-ci ildə xərclənən 9 milyard dollarla müqayisədə cüzi azalma olduğunu göstərir.


Alıcılar cəmi 19 gün ərzində 3 milyard dollardan çox pul xərcləyiblər. Keçən ilki alış-veriş həftəsində isə 5 gün ərzində 3 milyard dollar xərclənmişdi.