Walda Verbaenen "Braille Meets Emoticons" adlı layihəsində Brayl əlifbasına əlavə edilməsi üçün hazırladığı 22 fərqli emojini təklif edir.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, son illərdə gözdən əlillərin həyatlarını asanlaşdıran çox yaradıcı yeniliklərlə qarşılaşırıq.


Emoji mesajlaşmanı zənginləşdirən və asanlaşdıran ünsiyyət elementi olsa da, görmə qabiliyyəti zəif olanlar üçün əlçatmazdır. Belçikadakı MAD İncəsənət Məktəbinin yazı dizayneri Walda Verbaenen bu maneəni dəf etməyi hədəfləyərək Brayl əlifbasında ən məşhur emojiləri yenidən dizayn etməyə qərar verib. Braille Meets Emoticons adlı layihə müxtəlif üz ifadələrindən tutmuş baş barmaq və ürək simvollarına qədər hər şey daxil olmaqla, Brayl əlifbasına 22 fərqli simvol və ya emoji əlavə etməyi təklif edir.


"Brayl əlifbasından istifadə edən insanlara öz hisslərini ifadə etmək üçün əlifba hərflərindən istifadə etməkdən başqa seçim yoxdur" deyə Walda qeyd edib.