ABŞ-ın keçmiş prezidenti Donald Trampın yeni sosial media təşəbbüsü "Trump Media and Technology Group" və "Digital World Acquisition Corp. (DWAC)" bir qrup investordan təxminən 1 milyard dollar almaq üçün abunə müqavilələri bağladığını açıqlayıb.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, "Tramp Media" 875 milyon dollar dəyərində qiymətləndirilib. Ümumi dəyəri 3 milyard dollara çatdırmaq üçün 1 milyard dollar investisiya toplamağa çalışdığı qeyd edilib.


Hələlik "Truth Social" sosial media tətbiqini işə salmayan qrupun təşəbbüslə bağlı iddialardan qazanc əldə etməyə çalışdığı iddia edilir. "Wall Street"in əsas qurumları reputasiya ilə bağlı narahatlıqlar səbəbindən qrupa sərmayə yatırmaqdan çəkinir, lakin bəzi özəl investisiya fondları, ailə biznesləri və fiziki şəxslərin iştirak edəcəyi gözlənilir.