Almaniya parlamentinin millət vəkilləri sosial-demokrat Olaf Şolzu ölkənin yeni kansleri seçiblər.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, keçirilən səsvermədə 707 səsdən 395 səs toplayan Olaf Şolz ölkənin yeni kansleri olub.


Şolz Prezident Frank-Valter Ştanmayer ilə görüşdən sonra parlamentə qayıdacaq və burada and içəcək.
Qeyd edək ki, 16 il Almaniyanın kansleri vəzifəsini icra edən Angela Merkel dekabrın əvvəli bu vəzifəni tərk edib.