“Wildberries” internet mağazasının təsisçisi, Rusiyanın ən varlı qadını Tatyana Bakalçuk sərvət artımı faizinə görə dünya milyarderləri siyahısına başçılıq edir.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, Rusiyanın ən varlı qadını, "Wildberries"in sahibi Tatyana Bakalçuk 2021-ci ildə sərvət artımına görə dünya milyarderlərini ötüb.


Amerikanın Forbes jurnalına görə, Bakalçukun sərvətinin artmasına onun yaratdığı "Wildberries" pərakəndə satış şirkətinin yenidən qiymətləndirilməsi səbəb olub. Onlayn mağazanın rəhbərinin sərvəti 13 milyard dollar qiymətləndirilir. 2020- ci ildə Bakalçuk reytinqdə 93-cü yeri tuturdu. 2021-ci ildə isə o, 13-cü yerdə qərarlaşıb.