Böyük Britaniyada istehlak qiymətləri indeksi noyabrda 5,1%-lə son 10 ilin ən yüksək səviyyəsinə çatıb.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, noyabrda istehlak qiymətləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artıb.


Oktyabrda istehlak qiymətləri illik müqayisədə 4,2 faiz artıb. İqtisadçılar noyabrda illik inflyasiyanın 4,7 faiz olacağını gözləyirdilər.


Böyük Britaniyada enerji, qida, spirt və tütün istisna olmaqla hesablanan əsas CPI noyabr ayında illik müqayisədə 4,0 faiz artıb. Noyabrdakı bu artım 1982-ci ildən bəri ən böyük artım olub. Oktyabr ayında isə əsas CPI illik 3,4 faiz təşkil edib.