cümə axşamı, 27 yanvar 2022

"Metaverse" nələri dəyişəcək?

267

Rəqəmsal dünyanın yeni gündəmi "Metaverse" yalnız bir texnologiya trendi olaraq qalacağı, yoxsa həyatımızda yeni bir dövrün başlayacağı məsələsidir. Bəs "Metaverse" həyatımızda nələri dəyişəcək?

Facemark.az xarici xəbərə istinadən bu haqda araşdırmanı təqdim edir:

Pandemiyanın və digər amillərin təsiri nəticəsində texnoloji inkişaflar daha da sürətlənir. Adını son zamanlar tez-tez eşitdiyimiz "Metaverse" ilk dəfə 90-cı illərdə Neal Stephensonun elmi fantastika romanı "Snow Crash"da görünüb. "Metaverse" anlayışı yunanca “sonra” mənasını verən “meta” və kainat mənasını verən ingiliscə “kainat” sözlərinin birləşməsindən yaranmışdır.

Artırılmış və virtual reallıq cihazlarının köməyi ilə zehni olaraq hiss oluna bilən "Metaverse", bütün rəqəmsal dünyaların birləşməsindən əmələ gələn kollektiv virtual paylaşma məkanı olaraq təyin edilə bilər. Gerçək həyatın da bütünləşəcəyi, daha da irəli gedərək yeni bir dünyanın yaradılacağı fikri yavaş-yavaş qəbul olunmağa başlanıb.

"Metaverse"in inkişaf prosesində şübhəsiz ki, "Facebook" ən böyük rol oynayıb. Ən böyük "Metaverse" investorlarından biri olan və virtual reallıq cihazlarında xidmət göstərən "Oculus" şirkətini satın alan "Facebook", şirkətin adını “Meta” olaraq dəyişdirərək, bir çox insanın bu anlayışla yaxından tanış olmasına şərait yaradıb. Milyonlarla istifadəçisi olan "Facebook", milyonlarla insanın metadatasına da malikdir. Bu, süni intellektə əsaslanan yeni dünyada ayrı-ayrı sərhədlərin qorunmayacağına dair şübhələr yaradır. Məhz buna görə də "Metaverse"nin kütlələrin etibarını qazanması prosesi uzun müddət çəkəcək.

Araşdırmalara görə, 2022-ci ilə qədər təxminən 3,5 milyard istifadəçisinin olacağı və 2023-cü ildə 18 milyard dolları keçəcəyi proqnozlaşdırılır. Bu göstəricilər dünya əhalisinin 25 faizindən çoxuna uyğundur.

Metaverse dünyasına daxil olan brendlər

Facebook

Şirkətin qurucusu və baş direktoru Mark Zukerberq yaxın 10 il ərzində inkişaf etdirərək istifadəçilərinə "Metaverse" dünyasını təqdim edib. Onu dünyanın gələcəyi kimi qəbul edən Zukerberq platformanın həm iş, həm də əyləncə üçün xidmət edəcəyini deyir.

Microsoft

"Facebook"un "Metaverse" dünyasına daxil olması ilə "Microsoft" bu dünyaya ilk addım atan şirkət oldu. Şirkət, "Metaverse"ə yaxın tətbiqləri hələlik oyunlara və "Xbox"a inteqrasiya etməyə hazırlaşır.

Nike

Məşhur video oyunlardan biri olan "Roblox" ilə əməkdaşlıq edərək "Metaverse" dünyasına daxil olan "Nike", yeni dünyasını "Nikeland" adlandırır. İstifadəçi ziyarətləri üçün də açıq olan "Nikeland"a giriş də hələlik pulsuzdur. Bundan əlavə, "Tag", "The Floor Is Lava" və "Fire Ball" kimi müxtəlif oyunlar da təklif olunur. "Nikeland" həmçinin proqram daxilində oyunçuların öz avatarları üçün alış-veriş edə biləcəyi "Nike" mağazasını da təklif edir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik