"Google" yeni nəsil eynəkləri hazırlamağa davam edir.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, önümüzdəki illərdə daha əlçatan və məşhur olacağı gözlənilən bu eynəklər "Apple" və "Meta"nın maraq göstərdiyi sahələrdən biridir. Bununla belə, Google öz əlavə reallıq eynəklərini də inkişaf etdirir.


"New York Times"da paylaşılan məlumata görə, "Google AR" eynəkləri üzərində işlərini davam etdirir. Layihə "Nort" şirkətinin təcrübəsindən istifadə etməklə həyata keçirilir. "Google AR" eynəklərinin nə vaxt gələcəyi ilə bağlı məlumat olmasa da, layihə üzərində uzun müddətdir işləndiyi bildirilir.