"Apple"baş direktor olan Tim Kukun 2021-ci ildəki gəlirini açıqlayıb. Tim Kuk CEO kimi fəaliyyətinin 10-cu ilində əvvəlki ilə nisbətən 6,6 dəfə çox gəlir əldə edib.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, 1976-cı ilin aprelində Kaliforniyada qurulan "Apple" 2018-ci ilin avqustunda dünyanın ilk trilyon dollarlıq şirkəti olmağı bacarıb. Lakin "Apple" 2 trilyon dollarlıq bazar dəyərini geridə qoyaraq ötən günlərdə 3 trilyon dollarlıq bazar dəyərini keçərək yenidən yeni bir çığır açıb.


"Apple"ın təqdim etdiyi rəsmi hesabata görə, baş direktor Tim Kuk 2021-ci ildə illik 3 milyon dollar maaş alıb. Bu ödəniş 2019 və 2020-ci illərdə eyni olub. 2020-ci ilə nisbətən bu il bütün təzminatlarda təxminən 1,6 milyon dollar artım göstərən Tim Kukun cəmi illik gəliri 98 milyon 734 min 394 dollar olub.