bazar ertəsi, 24 yanvar 2022

"SpaceX" istifadəçilərinin sayını açıqlayıb

237

"SpaceX" 2022-ci ilin ilk raket buraxılışını həyata keçirib. Sonuncu dəfə dekabrın 18-də "Starlink" peykini orbitə çıxaran şirkət, dünənki buraxılışı ilə daha çox "Starlink" peykini aşağı orbitə çıxarıb.

Facemark xarici xəbərə istinadən xəbər verir ki, "NASA"nın Floridadakı Kennedi Kosmik Mərkəzindən buraxılışın əsas hissələri canlı yayımlanıb. "SpaceX" bu buraxılışla 49 "Starlink" peykinin kosmosa göndərildiyini açıqlayarkən, raket qalxdıqdan 9 dəqiqə sonra Yerə geri dönüb.

Raketin uçuş anını buradan izləyə bilərsiniz.

Noyabr ayında 140 min istifadəçisi olduğu bilinən "Starlink"in hazırda 25 ölkədə 145 min istifadəçisi var. "SpaceX" bu ilin sonuna qədər "Starlink"i daha 45 ölkəyə çatdırmağı planlaşdırır.

Paylaş

MÜSAHİBƏ

İdarəetmənin Əsasları | İctimai Radio | Rafiq Hunaltay

Facemark.az İctimai Radio “İdarəetmənin Əsasları” verilişində Rafiq Hunaltayın komfort zona haqqında müzakirəsini təqdim

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik