Batareya problemini tamamilə aradan qaldıracaq yeni məhsul hazırlanıb. ABŞ-ın "Blue Tiger" şirkəti "Solare" adlandırdıqları dünyanın ilk günəş enerjisi ilə işləyən qulaqlıqlarını təqdim edib.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, elektron cihazlar inkişaf etməyə və yeni xüsusiyyətlər qazanmağa davam etsə də, batareya problemi hələ də həll edilməyib. Son illərdə inkişaf etdirilən simsiz enerji doldurma texnologiyası ilə bu sahədə yeni addımlar atılsa da, bu dəfə yeni qulaqlıq təqdim edilib.


Təxminən 100 metr məsafəyə qədər əlaqə saxlaya bilən "Solare", -40 ilə 50 dərəcə istilik səviyyələri arasında işləyə bilir. Bluetooth 5.1 ilə istifadə edilən qulaqlıq, 97% səs-küyü ləğv etmə xüsusiyyətinə malikdir. "Solare"nin bazar qiyməti haqqında məlumat olmasa da, onun 2022-ci ilin yazında istifadəçilərə təqdim ediləcəyi gözlənilir.