cümə axşamı, 27 yanvar 2022

"Getir" rəsmi olaraq "n11"ə qoşuldu

178

Türkiyənin aparıcı alış-veriş platformalarından biri olan "n11"ə sərmayə qoymaq üçün "Getir"in avqust ayında başlatdığı danışıqlar tamamlanıb.

Facemark xarici xəbərə istinadən xəbər verir ki, həm ölkə daxilində, həm də xaricdə sürətli böyüməsini davam etdirən "Getir", keçən ilin avqustunda "n11" üçün tərəfdaşlıq danışıqlarına başlayıb.

2013-cü ilin mart ayında qurulan "n11"də mövcud partnyorlar şirkətdə qalacağı halda, "Getir" şirkətin idarəçiliyinə nəzarətdən də məsul olacaq.

20 milyondan çox məhsulu və 270 mindən çox qeydiyyatdan keçmiş iş ortağını 23 milyondan çox istifadəçi ilə bir araya gətirən "n11"ə investisiya "Getir"in Türkiyədə indiyə qədər etdiyi ən böyük satınalma sərmayəsi olub.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik