"Samsung"un yeni metaverse mağazasından ilk görüntülər paylaşılıb.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, metaverse dünyasına tam giriş hələ əldə edilməsə də, AR və VR kimi dəstəkləyici cihazların inkişafı ilə kiçik addımlar atılır. Bu dəfə "Samsung" metaverse dünyasında yeni mağazası ilə maraq doğurub.


3D virtual reallıq platforması olan və satışa virtual daşınmaz torpaqlar təklif edən "Decentraland", "Twitter"də "Samsung"un platformada mağazası olduğunu paylaşıb. Eyni zamanda mağazada müəyyən edilmiş tarixdə tədbir keçiriləcəyi də açıqlanıb.

Link vasitəsilə görüntüləri izləyə bilərsiniz.