Sərgi ziyarətçilərini Türkiyənin sürreal dünyasına səyahətə çıxarır.

Facemark rəsmi mənbəyə istinadən xəbər verir ki, Dünyada və Türkiyədə sürreal görüntülərin yer aldığı ilk sərgi “Özünə dönüş” başlayıb. Türkiyədə cəmiyyətin sürreal dünyası ilə bağlı olduqca diqqət çəkən rəsmləri üzə çıxaran sərgi 14 yanvar - 8 fevral tarixləri arasında Nişantaşı Maji Sənət Qalereyasında ziyarətçilərinə açıqdır.



Qeyd edək ki, Facemark.az "FutureBright"ın Azərbaycandakı tərəfdaşlarından biridir.


"FutureBright" və "ZMET" İnstitutunun təşkilatçılığı ilə keçirilən sərginin açılışına "ZMET" tədqiqat metodunu inkişaf etdirən Olson Zaltman şirkətinin baş direktoru Lindsay Zaltman qatılıb.



“Bu sərgi mənim üçün böyük ilham mənbəyi oldu”


Ziyarətçilərini Türkiyənin əhval-ruhiyyəsinə doğru qeyri-adi səyahətə dəvət edən “Özünə dönüş” üçün Zaltman “Bu sərgi mənim üçün böyük bir ilham mənbəyi oldu. Həyat yoldaşıma da dedim ki, bu sərgi ideyasını oğurlayacağam. Əsərlər həqiqətən güclüdür. Mənim üçün çox maraqlıdır, çünki kollajlara sənət kimi baxanda fərqli mənalar yarana bilir”, - deyə qeyd edib.



Sərginin kuratoru Beyza Uçak “Çox rəy tələb etməyən bir sərgi həyata keçirdiyimiz üçün xoşbəxtəm. Bu qədər real və sadə fikirlər olanda şərhlərə şərh verməyə ehtiyac qalmır. Ümid edirəm ki, əsərlərə baxarkən bu gücü hiss edəcəksiniz”, - deyə sərgi haqqında fikirlərini bildirib.


"ZMET" araşdırmalarını Türkiyəyə gətirən "FutureBright Group"un qurucularından olan Akan Abdula qeyd edib ki, “Hər kəsin beynində gizlənən bir sənətçi var. Məntiqlə yanaşdıqda bunu görə bilmirik, ancaq beynimizin dərinliklərinə getdikdə ortaya çıxır”.



Sərginin açılışına marketinq, media, siyasət və kommunikasiya dünyasının önəmli adları qatılıb.


Dünyanın ən məşhur araşdırma üsullarından biri olan "ZMET" insanların şüurdan kənar hisslərinə, rəftarlarına, tələblərinə, təzyiqlərinə və qorxularına ağıl obrazları və metaforalarla çatır.

"FutureBright Group" Türkiyənin şüurdan kənar dərin duyğularını analiz etmək üçün son iki ilin "ZMET" məlumatlarını tək bir yerdə toplayıb. Bu müddətdə 1200 "ZMET" müsahibəsindən əldə edilən 10 mindən çox ağıl görüntüsü təhlil edilib.


Qeyd edək ki, sərgi "FutureBright" tərəfindən təşkil olunan ilk tədbirdir.