Oxfam beynəlxalq yardım təşkilatının hesabatına görə, pandemiya dövründə dünyanın 10 ən zəngin adamının ümumi sərvəti iki dəfə artıb.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, 2020-ci ilin mart ayından etibarən dünyanın ən zəngin 10 adamının ümumi sərvəti 700 milyard dollardan 1,5 trilyon dollara yüksəlib. "Tesla" və "SpaceX"in SEO-su İlon Maskın sərvəti 1000 faiz, "Amazon"un qurucusu, "Blue Origin"in sahibi Ceff Bezosun sərvəti isə 30 faiz artım göstərib.

Hesabatdakı digər diqqəti çəkən məlumatlar aşağıdakılardır:


1. Ən varlı 10 adam pandemiya zamanı sərvətlərini saniyədə 15 min dollar, başqa sözlə, gündə 1,3 milyard dollar artırıb.


2. Ən varlı 10 insanın pulu 3,1 milyard yoxsulun cəmindən çoxdur.


3. Pandemiya başlayandan bəri hər 26 saatdan bir milyarder doğulur.