"Mastercard" və "Coinbase"in əməkdaşlığı ilə istifadəçilər "Mastercard" kartları ilə "Coinbase" NFT bazarından NFT ala biləcəklər.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, hazırda NFT satışları ümumiyyətlə kripto pul kisələri vasitəsilə həyata keçirilir. Kriptovalyuta bazarından kənar bir şəxs NFT almaq istəyirsə, əvvəlcə kripto pul kisəsi açmalı, sonra kriptovalyutaları almalı və nəhayət kriptovalyuta bazarından həmin NFT-ni almalıdır. "Mastercard" bu addımla NFT alış prosesini asanlaşdırdığını və istəyən hər kəsin NFT ala biləcəyini vurğulayıb. Həmçinin şirkət bu addımın NFT bazarının böyüməsinə töhfə verdiyini bildirib.


Qeyd edək ki, "Coinbase"in "Mastercard" əməkdaşlığı tanınmış NFT bazarları ilə rəqabəti asanlaşdıra bilər.