Azərbaycanın qeyri-neft məhsulları Rusiyanın paytaxtı Moskvada keçiriləcək “Prodexpo 2022” və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq “Gulfood 2022” beynəlxalq ərzaq sərgilərində nümayiş etdiriləcək.


Facemark.az "Report"a istinadən xəbər verir.


Məlumata görə, 7-11 fevral tarixlərində keçiriləcək “Prodexpo 2022” sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 30-dan çox Azərbaycan şirkəti, 13-17 fevral tarixlərində keçiriləcək “Gulfood 2022” sərgisində isə 30 yerli şirkət vahid ölkə stendi ilə təmsil olunacaq.


Sərgilər çərçivəsində Azərbaycan sahibkarları xarici iş adamları ilə yeni əməkdaşlıq əlaqələri qurmaq, məhsulların ixracına dair müzakirələr aparmaq imkanı əldə edəcəklər.