"Space Entertainment Enterprise" (SEE) kinostudiyası kosmosda platforma quracağını açıqlayıb.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, "Space Entertainment Enterprise" (SEE) kinostudiyası kosmosa platforma qurmağı planlaşdırdığını açıqlayıb. Bu platformada idman və əyləncə mərkəzləri ilə yanaşı, studiya da yer alacaq. Bu studiya kino şirkətlərinin və yaradıcıların istifadəsinə veriləcək.


"SEE-1" adlı kosmik platforma Beynəlxalq Kosmik Stansiyada (ISS) üçündə işləyən "Axiom Space" şirkəti tərəfindən istehsal olunacaq. 2024-cü ildə xidmətə başlaması planlaşdırılan layihə kinosevərlər üçün də maraqlı olacaq.